AZ

Ukrayna üzrə danışıqların yeni raundu həftənin ortasına planlaşdırılıb

BAKI, 1 fevral. TELEQRAF

Ukrayna üzrə danışıqların növbəti raundu Əbu-Dabidə həftənin ortasına planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a danışıqlardan məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, yeni raundun tarixləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilib.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 4 və 5-ni danışıqlar üçün mümkün tarixlər kimi açıqlamışdı. Görüşlər üçtərəfli formatda keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 23-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin ilk günü baş tutub. Yanvarın 24-də isə ikinci görüş keçirilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr