AZ

Pavloqradda dron hücumu: 12 nəfər həlak olub, 7 nəfər yaralanıb

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb.

BAKU.WS xəbər verir ki, Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat verib.

Rəsmi məlumata görə, düşmən Pavloqraddakı bir müəssisəyə məxsus xidməti avtobusun yaxınlığında pilotsuz uçan aparatlarla zərbə endirib. İlkin məlumatlara görə, həlak olanlar və yaralananlar arasında mədən işçiləri də var.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets bildirib ki, hücum zamanı kömür hasilatı müəssisəsi və növbə dəyişməsini həyata keçirən işçilərin avtobusu hədəfə alınıb. Hücumda dörd "Şahed" tipli drondan istifadə olunub.

Seçilən
13
far.az

1Mənbələr