AZ

“Brentford” səfərdə “Aston Villa”ya qalib gəldi

İngiltərə Premyer Liqasının 24-cü turunda “Aston Villa” doğma meydanda “Brentford”u qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, “Villa Park” stadionunda (Birmingem) baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın baş hakimi Qərbi Sasseksdən olan Tim Robinson olub.

Görüşün 42-ci dəqiqəsində “Brentford”un futbolçusu Kevin Şade qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, “arılar” qalib gəlməyi bacarıblar. Matçın yeganə qolunu 45+1-ci dəqiqədə Danqo Uattara vurub.

Bu nəticədən sonra “Aston Villa” 46 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə yer alır. “Brentford” isə 36 xalla 7-ci sıradadır.

Növbəti turda “şirlər” 7 fevral tarixində səfərdə “Bornmut”la qarşılaşacaq. “Brentford” da həmin gün səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr