Tovuzda 32 yaşlı kişi kafedə bıçaqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.
Məlumata görə, bıçaqlanan Elşən Bağırov həm də kafe sahibidir.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı həmkəndlisi -Yusif Kərimov isə həm kafenin daimi müştəsisi, həm də dostu olub.
Elşən Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
TƏBİB-dən bildirilib ki, ona bel nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Əraziyə cəlb edilən polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.