BAKI, 1 fevral. TELEQRAF
Ukraynada Pavloqrad yaxınlığında şaxta işçilərini daşıyan xidmət avtobusu dron hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "DTEK" məlumat yayıb.
Hadisə nəticəsində 15 nəfər ölüb, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Şirkətin açıqlamasında bildirilir ki, hücum Dnepropetrovsk vilayətində yerləşən DTEK şaxtalarına qarşı həyata keçirilib. Zərbənin episentrlərindən biri növbədən sonra işçiləri daşıyan avtobus olub. Hadisə yerində yanğın baş verdiyi qeyd olunur.
Məlumata əsasən, ölənlərin hamısı şaxta işçiləridir. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.