AZ

Mateta “Kristal Pelas”dan “Milan”a keçir

“Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta karyerasını “Milan”da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumata görə, klublar 28 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Keçidin dəyəri 30 milyon avronu ötəcək.

 Mateta artıq transferin rəsmiləşdirilməsi öncəsi tibbi müayinədən keçir. 2025/2026 mövsümündə fransız hücumçu bütün turnirlərdə 34 rəsmi matça çıxıb, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Milan” İtaliya A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Rossoneri” şəhər rəqibi “İnter”dən 5 xal geri qalır.

Seçilən
11
90deqiqe.az

1Mənbələr