ABŞ mümkün İrana zərbə ssenarisi fonunda Yaxın Şərqin müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Bizim.Media xəbər verir ki, Vaşinqton bu addımı İsraili, ərəb müttəfiqlərini və regionda yerləşən Amerika hərbi kontingentini İranın mümkün cavab zərbələrindən qorumaq məqsədilə atır.
The Wall Street Journal yazır ki, ABŞ hərbi qüvvələri hazırda məhdud miqyaslı zərbələr endirmək imkanına malik olsa da, rəsmi dairələr genişmiqyaslı əməliyyatın Tehranın sərt və çoxşaxəli cavabı ilə nəticələnə biləcəyini istisna etmirlər.
Nəşrin vurğuladığına görə, məhz bu risklər səbəbindən Vaşinqton əvvəlcə regionda müdafiə infrastrukturunu möhkəmləndirməyə üstünlük verir.
Hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi genişləndirilir, mövcud imkanlar gücləndirilir və ABŞ-ın tərəfdaş ölkələrinin təhlükəsizliyi prioritet kimi müəyyən edilir.
Bizim.Media