AZ

Benzema “Əl-İttihad”ı tərk edir

38 yaşlı hücumçu Kərim Benzema yaxın günlərdə Səudiyyə klubu “Əl-İttihad”dan ayrılacaq.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumata görə, Avropaya qayıtmaq onun üçün prioritet hesab olunmur. 

Fransalı futbolçu bir neçə gün əvvəl “Yuventus”un təklifini rədd edib.

Daha əvvəl mətbuat yazmışdı ki, 2022-ci ilin “Qızıl Top” sahibi fransız ulduz “Əl-İttihad”ın yeni müqavilə təklifindən şoka düşüb və hətta özünü təhqir olunmuş hiss edib.

Benzema 2023-cü ilin yayından bəri Səudiyyə klubunda çıxış edir. Onun əvvəlki ünvanı isə “Real Madrid” olub – 14 mövsüm, saysız-hesabsız titul və milyonlarla azarkeşin sevgisi. İndi isə o, yeni səhnədə – Ərəbistan futbolunda özünü sınayacaq.

Seçilən
16
90deqiqe.az

1Mənbələr