AZ

“Qaçılmazdır” - ölkə prezidenti ABŞ–İran müharibəsinin vaxtını açıqladı

Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ-nin İrana qarşı hərbi zərbə endirəcəyini istisna etmədiyini, hətta bunun yaxın 48 saat ərzində baş verə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, Pink TV-yə danışan Vuçiçin sözlərinə görə, Vaşinqtonda gedən proseslər hücum ehtimalını daha da gücləndirir və vəziyyət son dərəcə kritik mərhələyə daxil olub.

O, İrana qarşı mümkün hərbi əməliyyatın artıq "qaçılmaz" xarakter aldığını vurğulayıb.

Serbiya prezidenti ABŞ-də Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərin gündəmə gətirilməsini də diqqətə çatdıraraq, bunun siyasi qərarların sürətləndirilməsinə xidmət edə biləcəyini deyib.

Vuçiç hesab edir ki, ABŞ siyasi tarixində oxşar nümunələr olub:

"Belə qalmaqallar ortaya çıxanda - vaxtilə Monika Levinski hadisəsində olduğu kimi - adətən diqqəti yayındırmaq üçün hərbi əməliyyatlar başlayır. Epşteyn faylları qərarların qəbulunu sürətləndirəcəkmi? Mən buna demək olar ki, əminəm", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr