AZ

Denis Şmıqal: Ukraynada enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu edilib, 15 nəfər həlak olub

Kiyev, 1 fevral, AZƏRTAC

Bu gün Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.

Hücum nəticəsində 15 mədən işçisi həlak olub, daha 7 nəfər yaralanıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
11
10
azertag.az

10Mənbələr