Bakı. Trend:
İspaniya La Liqasının 22-ci həftəsində "Real Madrid" evdə "RayoValyekano"nu 2:1 hesabı ilə yenib.
Trend xəbər verirki, Santyaqo Bernabeu stadionunda keçirilən matçda"ağ-bənövşəyi"lilərə qələbəni gətirən qolları 15-ci dəqiqədəVinisius Junior və 90+10-cu dəqiqədə penaltidən Kilian Mbappevurub.
Qonaq komandanın yeganə qolunu 49-cu dəqiqədə Xorxe De Frutosqeydə alıb.
"Real Madrid"də Türkiyə millisinin futbolçusu Arda Güler matçastart heyətində başlayıb və 77 dəqiqə meydanda olub.
Bu nəticədən sonra "Real Madrid" xallarını 54-ə çatdırıb və liqalideri "Barselona"dan bir xal az olmaqla, ikinci pillədəqərarlaşıb. "Rayo Valyekano" isə 22 xalla 16-cı yerdədir.