Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi İdarəsinin əməkdaşları Rusiya Federasiyası vətəndaşı, 1999-cu il təvəllüdlü M.A.-nı Batumidə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməkdə və saxlamaqda, eləcə də onların qanunsuz satışına kömək etməkdə ittiham edərək həbs ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Gürcüstan Onlayn" məlumat yayıb.
Şəxsi axtarış və istintaq tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları satışa hazırlanmış, xüsusilə külli miqdarda "Metadon" narkotik maddəsini sübut kimi müsadirə ediblər.
Saxlanılan şəxsin mənzilində narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar da tapılıb.
Saxlanılan şəxs üçün 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Əli Hüseynov