AZ

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağın etdi

Misli Premyer Liqanın XVIII turunda “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, paytaxt təmsilçisi bu görüşdə rəqibinə 4:0 hesabı ilə məğlub edib.

Qolları İqor Ribeyro (4), Bassala Sambu (40), Alessio Kurçi (84) və Vensan Abubakar (90+2) vurub.

Bu qələbədən sonra “Neftçi” xallarını 24-ə çatdıraraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib. “Araz-Naxçıvan” 27 xalla altıncı sıradadır.

Turun digər oyunlarında “Sumqayıt” “Karvan-Yevlax”ı 2:0, “Qəbələ” “İmişli”ni 3:2, “Şamaxı” “Kəpəz”i 2:0, “Sabah” “Zirə”ni 3:1 hesabı ilə məğlub edib. Bu gün isə “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək.

Seçilən
9
90deqiqe.az

1Mənbələr