AZ

“Napoli”nin titulu itirmək ehtimalı bir qədər artdı - İCMAL

A seriyasının 22-ci turunda əsas diqqətlər Romada və Turində keçirilən matçlara yönəlmişdi.

"Football-plus.az" xəbər verir ki, çempionluğa iddialıların iştirakı ilə baş tutan oyunlarda qeydə alınan nəticələrdən sonra lider ilə əsas izləyicisi arasındakı 3 xallıq fərq 5-ə çıxdı. Bu, Milan klublarının fərqli nəticələr göstərməsinə görə oldu.

Turun ötən həftənin cümə günü keçirilən açılış oyununda “İnter”in “Piza”dan maksimum xal alacağı gözlənilirdi. Lider evdə autsayderi 6:2 hesabıyla darmadağın etdi. Hərçənd qonaqlar ilk hissənin ortalarında ardıcıl iki qol vurmağa müvəffəq olmuşdular. Lakin pizalıların cavabını fasiləyə qədər üç dəfə verən milanlılar ikinci hissədə daha üç qol vurdular. Çempionatdakı məğlubiyyətsiz seriyası 10 oyuna (9 qələbə, 1 heç-heçə) çatan Kristian Kivunun komandası inamlı qələbə ilə mövqeyini möhkəmləndirdi.

Amma liderin əsas izləyicisi büdrədi. “Milan” səfərdə “Roma”dan bir xal ala bildi. Meydan sahiblərinin qələbəyə layiq oynadıqlarını ədalət naminə qeyd etməliyik. Amma matç 1:1 hesabıyla nəticələndi. Menyanın qapıda mükəmməl oyunu sayəsində milanlıların çempionatdakı məğlubiyyətsiz seriyası 21 oyuna (13 qələbə, 8 heç-heçə) çatdı.

Massimiliano Alleqrinin komandası liderdən 5 xal geri düşdü. “Roma” isə 4-cü yerdə qaldı.
“Napoli” isə azarkeşlərini növbəti dəfə məyus etdi. Son çempion Turin səfərindən əliboş döndü. Antonio Kontenin komandası “Yuventus”la matçda statusuna layiq oyun sərgiləyə bilmədi. Əvvəldən axıradək cənubluları güclü pressinq altında saxlayan turinlilər 3:0 hesabıyla qalib gəldilər. Liderdən 9 xal geri düşən “Napoli”nin titulu itirmək ehtimalı bir qədər artdı.

22-ci tur
İnter – Piza 6:2

Zyelinski, 39-p. L.Martines, 41. F.Espozito, 45+2. Dimarko, 82. Bonni, 86. Mxitaryan, 90+3 – Moreo, 11; 23. (73594)
İnter: Zommer, Bissek, De Vrey, Bastoni, Auqusto (Akanci, 80), Zyelinski, Mxitaryan, Suçiç (Barella, 60), Luis Enrike (Dimarko, 34), L.Martines (Bonni, 80), F.Espozito (M.Türam, 61).

Leççe – Latsio 0:0
(24435)
Latsio: Provedel, Maruşiç, Romanyoli, Xila (Provstqor, 64), Latsari (Luka Pelleqrini, 73), Başiç, Vesino (Dele Başiru, 64), Teylor, Zakkanyi, Kançelyeri (İsaksen, 81), Dia (Ratkov, 64).

Fiorentina – Kalyari 1:2
Breşianini, 74 – Kılıçsoy, 31. Palestra, 47. (20456)
Fiorentina: De Xea, Ponqraçiç, Komutso, Qosens (Breşianini, 59), Dodo, Ndur (Harrison, 59), Mandraqora (Fabbian, 46), Facoli, Solomon (Fortini, 83), Qudmundsson, Pikkoli.

Atalanta – Parma 4:0
Skamakka, 15-p. De Roon, 24. Raspadori, 73. Krstoviç, 90+3.
Atalanta: Karnesekki, Skalvini, Cimşiti (Hin, 46), Ahanor, De Roon (Lukman, 78), Ederson, Zappakosta, Zalevski (Bernaskoni, 60), De Ketelare (Paşaliç, 72), Raspadori, Skamakka (Krstoviç, 60).

Cenoa – Bolonya 3:2
Malinovski, 62. Ekuban, 78. Messias, 90+1 - L.Ferqyuson, 35. Otoa, 47-öz qapısına. (27000)
Bolonya: Skorupski, Likoyannis, Heggem, Kazale, Zortea, Fröyler, L.Ferqyuson, Dominges (Ravalya, 61), Odqor (Vitik, 74), Rou (Zom, 73), İmmobile (Dallinqa, 73).

Yuventus – Napoli 3:0
Devid, 22. Yıldız, 77. Kostiç, 86. (41654)
Yuventus: Di Qreqorio, Kelli, Bremer, Kalulu, Kambyazo (Kabal, 60), K.Türam, Lokatelli (Qatti, 88), Makkenni, Konseysao (Kostiç, 60), Yıldız (Koopmeyners, 88), Devid (Miretti, 77).
Napoli: Milinkoviç-Saviç, Juan Jezus, Buoncorno, Qutyerres, Di Lorentso, Spinatsola, Verqara (Lukaku, 79), Lobotka, Maktominey, Elmas (Jiovane, 70), Höylunn.

Roma – Milan 1:1
Lorentso Pelleqrini, 74-p. - De Vinter, 62. (63582)
Roma: Svilar, Qilardi, Ndika, Mançini, Çelik, M.Kone (Pizilli, 59), Kristante, Fransa, Dibala (Vaz, 69), Malen (Lorentso Pelleqrini, 69), Sule (Venturino, 85).
Milan: Menyan, Tomori, De Vinter, Qabbya, Bertezaqi, Rabyo, Modriç, Riççi (Loftus-Çik, 79), Salemakers (Atekame, 46), Leao (Füllkruq, 68), Nkunku (Pulişiç, 69).

Komo – Torino 6:0
Duvikas, 8; 66. Baturina, 16. Da Kunya, 59-p. Kün, 70. Kakre, 76. (11055)

Sassuolo – Kremoneze 1:0
Fadera, 3. (11111)

Verona – Udineze 1:3
Orban, 26 – Atta, 23. Zanoli, 58. Devis, 67.

1. İnter 22 17 1 4 50-19 52
2. Milan 22 13 8 1 35-17 47
3. Napoli 22 13 4 5 31-20 43
4. Roma 22 14 1 7 27-13 43
5. Yuventus 22 12 6 4 35-17 42
6. Komo 22 11 7 4 37-16 40
7. Atalanta 22 9 8 5 30-20 35
8. Bolonya 22 8 6 8 32-27 30
9. Latsio 22 7 8 7 21-19 29
10. Udineze 22 8 5 9 25-34 29
11. Sassuolo 22 7 5 10 24-28 26
12. Kalyari 22 6 7 9 24-31 25
13. Cenoa 22 5 8 9 25-31 23
14. Kremoneze 22 5 8 9 20-29 23
15. Parma 22 5 8 9 14-26 23
16. Torino 22 6 5 11 21-40 23
17. Leççe 22 4 6 12 13-29 18
18. Fiorentina 22 3 8 11 24-34 17
19. Verona 22 2 8 12 18-37 14
20. Piza 22 1 11 10 18-37 14

Bombardirlər: L.Martines (İnter) - 12, Duvikas, Pas (hər ikisi “Komo”), Pulişiç (Milan), Yıldız (Yuventus) - 8.

Turun rəqəmi
27 – nəhayət, “Roma” bu mövsüm ilk dəfə rəqibi ilə “sülh”ə razılaşdı. Paytaxt komandasının ölkə çempionatındakı 27 oyunluq heç-heçəsiz seriyası qırıldı. “Roma” A seriyasında sonuncu dəfə ötən il aprelin 13-də “Latsio” ilə keçirilən derbidə (1:1) heç-heçə etmişdi.

Turun ulduzu
Manuel Lokatelli (Yuventus) - “Napoli” ilə matçda hesabı açan Devidə ötürməni verən dayaq yarımmüdafiəçi yüksək səviyyəli oyun nümayiş etdirdi. Lokatellinin dabanıyla etdiyi həmin ötürməsini izləməyə dəyərdi. Təcrübəli futbolçu oyunboyu meydanın mərkəzində rəqib oyunçulara göz açmağa imkan vermədi. “Yuventus”un arxa xətti böyük ölçüdə onun mükəmməl fəaliyyəti sayəsində ağır yükdən qurtuldu.

Turun sitatı
Massimiliano Alleqri, “Milan”ın baş məşqçisi:
“Roma”nın ilk “4-lük”də olması sürpriz deyil. Bu komandanın Qasperini ilə cədvəlin yüksək pillələrində görünəcəyini zənn edirdim. Çempionlar Liqasına qalan 3 vəsiqə uğrunda 4 komanda mübarizə aparır. “İnter”i bu mənada hesaba almıram: əla çıxış edən bu komanda A seriyasında 90 xal toplamağa qadirdi. İtaliyanın gələn mövsüm Çempionlar Liqasına 5 vəsiqə qazanacağına ümid edirik. Əks halda komandalardan biri bu turnirdən kənarda qalacaq”.
Seçilən
8
1
football-plus.az

2Mənbələr