AZ

Pakistan fevralın 15-də Hindistana qarşı T20 Dünya Kuboku oyununu boykot edəcək

Pakistan hökuməti açıqlayıb ki, Pakistanın kriket millisinə T20 Dünya Kubokunda iştirak üçün icazə verilib, lakin komanda fevralın 15-də Hindistana qarşı keçirilməsi planlaşdırılan oyuna çıxmayacaq.

APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.

Rəsmi bəyanatda deyilir: “Pakistan İslam Respublikasının Hökuməti Pakistan Kriket Komandasının ICC World T20 2026 turnirində iştirakını təsdiqləyir. Bununla belə, Pakistan Kriket Komandası 15 fevral 2026-cı il tarixində Hindistana qarşı planlaşdırılmış matçda meydana çıxmayacaq.”

Bununla da Pakistan Kriket Komandası turnirdə iştirakını davam etdirəcək, lakin siyasi səbəblərə görə Hindistana qarşı oyunu boykot edəcək.

Seçilən
11
1
apa.az

2Mənbələr