“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta 30 milyon avro dəyərində razılaşma ilə “Milan”a keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında 3,5 mövsümlük müqavilə üzrə şəxsi şərtlər artıq razılaşdırılıb. Futbolçunun agentləri transferin son tarixdən əvvəl tez bir zamanda yekunlaşması üçün prosesi sürətləndirir. Futbolçuya veriləcək maaş isə mövsümlük 3.5 milyon avrodur.
Bu səbəbdən Matetanın həftəsonu “Kristal Pelas”ın oyununda iştirak etməyəcəyi bildirilir.