Kərim Benzema Avropaya qayıtmaq niyyətində deyil və son günlərdə “Yuventus”dan gələn təklifi rədd edib.
Ötən saatlarda “Əl-İttihad” klubu ilə Benzemanın nümayəndələri arasında görüşün keçirilib. Futbolçunun gələcəyi ilə bağlı əsas qərarverici tərəf isə hələlik PIF (Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu) olaraq qalır.
Məlumata görə, PIF hələlik Benzemanın*“Əl-Hilal”a keçidini təsdiqləməyib və bu səbəbdən yekun qərar məhz fondun mövqeyindən asılıdır.