AZ

Putinlə Si Cinpin müntəzəm təmasları qoruyacaq

BAKI, 1 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında fəal siyasi dialoq bu il də müntəzəm əsasda davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pekində Çin XİN rəhbəri Van İ ilə apardığı danışıqlardan sonra bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında sıx və davamlı təmaslar mövcuddur.

Şoyqunun sözlərinə görə, iki ölkə lideri dostluq münasibətləri saxlayır və ən fəal dialoq aparır. Bu səbəbdən də 2026-cı ildə onların ünsiyyətinin müntəzəm əsasda davam etməsi tam təbiidir.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr