AZ

Pezeşkian əmr verdi: ölənləri sayı açıqlandı Son rəqəm

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranda baş verən kütləvi iğtişaşlar zamanı 3 mindən çox insan həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr news” məlumat yayıb. Qeyd olunur ki, ölən şəxslərin adları Prezident Məsud Pezeşkianın göstərişi ilə ictimaiyyətə açıqlanıb.

Yayılan məlumatlarda qeyd olunur ki, siyahı iğtişaşlar zamanı həyatını itirmiş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb. Bununla yanaşı, rəsmi qurumlar hələlik açıqlanan rəqəmlərlə bağlı ətraflı statistika və ya geniş hesabat təqdim etməyiblər.

Qeyd edək ki, İranda son dövrlərdə baş verən hadisələr ölkə daxilində və beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Hadisələr zamanı itkilərin sayı ilə bağlı müxtəlif mənbələr fərqli rəqəmlər səsləndirir və məlumatların dəqiqləşdirilməsi prosesi davam edir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr