AZ

Rusiya Belarusa növbəti Su 30 ları göndərdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Yanvarın 29-da Rusiyanın Su-30SM2 qırıcılarının daha bir partiyası Belarusun Baranoviçdəki aviabazasına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gələn təyyarələrin dəqiq sayı barədə məlumat verilmir.

Qeyd edək ki, bu tip təyyarələrin Belarusa əvvəlki tədarüklərini nəzərə alsaq, söhbət bir və ya iki təyyarədən gedir. Məlumdur ki, son bir ildə ölkə üç partiya Su-30SM2 alıb. Su-30SM2 qırıcılarının birinci partiyası Baranoviçiyə 2025-ci ilin mayında, ikinci partiyası isə avqustda gəlib. Beləliklə, bu gün Belarusun hava qüvvələrinin tərkibində ümumilikdə ən azı 7-8 Su-30SM2 təyyarəsi ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
axar.az

2Mənbələr