“Liverpul” Niderlandlı müdafiəçi Lutşarel Gertreydanı heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, futbolçu hazırda “RB Leyptsiq” klubuna məxsusdur və icarə əsasında “Sanderlend”də çıxış edir. Məlumata görə, Gertreyda “Liverpul”un müdafiə xətti üçün nəzərdən keçirdiyi əsas variantlardan biridir.
26 yaşlı futbolçu “Liverpul”un baş məşqçisi Arne Slotun “Feyenoord”da çalışdığı dövrdə də onun rəhbərliyi altında oynayıb. Bu amil mümkün keçidi daha real edir.
Çox yönlü futbolçu olan Gertreyda sağ cinah müdafiəçisi, mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edə bilir.