AZ

Naxçıvanda avtomobil aşdı - Yaralılar var

Kəngərlidə baş verən qəzada 4 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Böyükdüz kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr