AZ

"Daim müdafiə olunmaq Avropa futbolu deyil" - Andrey Demçenko

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Araz Naxçıvan" və "Neftçi" klubları ilə üz-üzə gəlib.  "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi rəqibinə 4:0 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Ukraynalı mütəxəssis birinci hissənin onlar üçün uğursuz alındığını, standart vəziyyətlərdən və diqqətsizlikdən qollar buraxdıqlarını bildirib. O, ikinci hissədə epizodlar yaratsalar da, futbolçularda hücum futbolu oynamaq üçün lazım olan psixoloji hazırlığı görmədiyini vurğulayıb.

Demçenko rəhbərliyin tələbkarlığı və istefa ehtimalı barədə suala açıq cavab verib. O, komandaya müasir futbol fəlsəfəsini aşılamağa çalışdığını, lakin bunun vaxt tələb etdiyini qeyd edib:

"Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək asan deyil. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Biz müasir futbolun tələbini yerinə yetirmək istəyirik. Burada qalmağım zamanla bilinəcək və nəticədən asılıdır".

Baş məşqçi Felipe Santos, Ramon Maçado kimi aparıcı oyunçuların ehtiyatda qalmasına da aydınlıq gətirib:

"Mənim üçün birinci olan məşq prosesidir. Kim mənim fəlsəfəmi daha tez qavrayırsa, o da oynayır. Felipe Santos qeyri-standart oyunçudur, amma futbol təkcə hücumdan ibarət deyil. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır".

Mütəxəssis həmyerlisinin Ukraynadakı fəaliyyətinə bələd olduğunu, lakin bu gün əsas diqqəti rəqibə yox, öz komandasının oyun sistemini qurmağa yönəltdiyini bildirib:

"Vernidubu yaxşı tanıyıram, Ukraynada işləyib. Onun işini də izləmişəm. Amma bu gün biz öz oyunumuzu öyrətməyə və tətbiq etməyə çalışmalıyıq".(sportal.az)

Seçilən
13
1
teleqraf.com

2Mənbələr