AZ

Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb...

Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “Mitsubishi” markalı avtomobildə olan 65 yaşlı Sumqayıt şəhər sakini Rafiq Ələkbərov və onun gəlini 32 yaşlı Səma Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Seçilən
11
3
sia.az

4Mənbələr