AZ

Vuçiç əmindir: ABŞ 48 saat içində İrana hücum edə bilər

ain.az, Sherg.az saytına istinadən bildirir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Pink TV kanalına verdiyi açıqlamada ABŞ-ın növbəti 48 saat ərzində İrana hücum edəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, “İrana hücum qaçılmazdır” və yaxın günlərdə digər böyük hadisələr də baş verə bilər.

Sherg.az xəbər verir ki, Vuçiç həmçinin bildirib ki, Jeffrey Epstein işi ilə bağlı yeni sənədlərin açıqlanması ABŞ-ın hərbi qərarlarını sürətləndirə bilər. O, vəziyyəti 1998-ci ildə Monica Lewinski insidenti ilə paralel tutub: “Belə qalmaqallı sənədlər ortaya çıxanda, kiməsə hücumlar başlayır. Epstein sənədləri qərarların qəbulunu sürətləndirəcəkmi? Mən demək olar ki, əminəm.”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də İrana doğru “Abraham Lincoln” aviadaşıyıcısının rəhbərliyi ilə “nəhəng armada” göndərildiyini açıqlamışdı. İranın ali lideri Əli Xamenei isə bildirib ki, ABŞ hücumu baş verərsə, münaqişə regional miqyas alacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
sherg.az

1Mənbələr