Serbiya Prezidenti Aleksandr Vuçiç Pink TV-yə verdiyi müsahibədə ABŞ-nın İrana 48 saat ərzində hücum edəcəyini gözlədiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Serbiya Prezidenti yaxınlaşan hücumu cinsi cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi “Ceffri Epşteyn işi”nin açıqlanması ilə əlaqələndirib.
"Monika Levinski kimi cəfəngiyyat ortaya çıxdıqda, kimsə bombalanmağa başlayır. Əminəm ki, onlar qərar qəbuletmə prosesini sürətləndirəcəklər", - Vuçiç deyib.
Xatırladaq ki, ABŞ İrana dəniz qüvvələri göndərib.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, böyük bir ordu İrana yaxınlaşır.
Tramp, həmçinin qeyd edib ki, Vaşinqtonun planı Tehranla danışıqlar aparmaqdır.
Tehran da öz növbəsində danışıqlara hazırlıqlarını açıqlayıb.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda “Epşteyn işi” ilə bağlı milyonlarla sənəd yayımlayıb. Zərərçəkənlərin ifadələri arasında medianın hesablamalarına görə, dosyedə ABŞ Prezidentinin özü də daxil olmaqla çoxsaylı siyasətçilər və iş adamlarının adı var. Onların adı sənədlərdə təxminən 3000 dəfə çəkilir.
Bundan əlavə, sənəddə Tramp hətta 13 yaşlı qıza təcavüzdə ittiham olunur.