...Malayziya hakimiyyəti xam nefti gəmidən gəmiyə qanunsuz daşımaqda şübhəli bilinən iki tankeri saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Reuters agentliyi Malayziya Dəniz Mühafizəsi Agentliyinə istinadən xəbər verir ki, müsadirə edilmiş neftin dəyəri 512 milyon ringgitdən (təxminən 129,9 milyon dollar) çoxdur.Gəmilər Penanqdakı Mukah Head-dən 24 dəniz mili qərbdə saxlanılıb.
Tankerlərin göyərtəsində 53 heyət üzvü - Çin, Myanma, İran, Pakistan və Hindistan vətəndaşları olub. İki kapitan həbs olunaraq Penanq Dəniz Təhqiqat Departamentinə təhvil verilib.
Patrul gəmiləri gecə saat 1:00 radələrində şikayət aldıqdan sonra aşkar edib: tankerlər bağlı vəziyyətdə lövbər salıblar ki, bu da onların yük daşıma əməliyyatlarından keçdiyini göstərir.
Gəmilər iki maddə üzrə araşdırılır: icazəsiz lövbər salma (25.000 dollara qədər cərimə) və qanunsuz yük daşıma (hər gəmi üçün 50.000 dollara qədər cərimə). Malayziyanın sahil suları yanacağın mənşəyinin gizlədilməsinə imkan verən tez-tez qanunsuz dəniz neft daşınması ilə tanınır.
Agentliyin qeyd etdiyi kimi, ötən ilin iyul ayında ölkə hakimiyyəti bu təcrübəyə nəzarəti gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Əli Babayev