AZ

İtaliyanın xarici işlər naziri: Balkanlar Ukraynadan əvvəl Aİ-yə qoşulmalıdır

Balkan ölkələri Avropa İttifaqına qoşulma prosesində bir sıra digər ölkələrə nisbətən prioritetə ​​malikdirlər.

Aznews.az xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "Corriere della Sera"ya müsahibəsində bildirib.

"Biz Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik, amma Balkanlar birinci yerdədir. Biz onlara qarşı öhdəliklər götürmüşük və onlar bizim üçün prioritetdir. 3 martda Romada "Balkanların Dostları" görüşünü keçirəcəyik. 1 apreldə Serbiyaya dəstəyimizi ifadə etmək üçün Almaniyanın xarici işlər naziri Vadeful ilə birlikdə Belqrada gedəcəyik. Biz Ukraynanın öz yolu ilə getməsinə kömək edəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, 2022-ci ilin iyun ayında Avropa İttifaqı Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verərək, danışıqların rəsmi olaraq başlanması üçün bir neçə ciddi şərt irəli sürmüşdü.

Seçilən
13
1
aznews.az

4Mənbələr