AZ

Peskovdan sonra Medvedev də onları hədəf aldı: Dəlidirlər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqında (Aİ) hakimiyyət dəlilər dəstəsi tərəfindən ələ keçirilib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O hesab edir ki, Aİ hakimiyyəti öz dövlətlərinə zərər verir.

“Onlar beynəlxalq məsələlərdən məsul olanlar və ya öz ölkələrinə zərər verənlər də daxil olmaqla, tamamilə qeyri-kafi və səriştəsiz bir dəli dəstəsidir”, – deyə Medvedev bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov hazırkı Avropa hökumətlərinin dünyanın üzləşdiyi çətinliklərə nə cavab vermək, nə də onları anlamaq iqtidarında olduğunu demişdi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr