Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanın NATO-nun nüvə silahlarından çəkindirmə sistemində daha fəal iştirakına çağırıb.
Publika.az-ın məlumatına görə, o, bunu DPA agentliyinə bildirib və qeyd edib ki, Almaniya bu məsələdə xüsusi rol oynaya bilər.
İşinger vurğulayıb ki, Fransa və Böyük Britaniya hələ də əsasən ABŞ tərəfindən idarə olunan Şimali Atlantika Alyansının nüvə çətirinə əvvəlkindən daha böyük töhfə verə bilər:
"Əgər buna bənzər bir şey baş verərsə, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünütəsdiq siqnalı olardı".
Onun fikrincə, Almaniya Avropa ilə ABŞ arasında "körpü qurucusu" rolunu öz üzərinə götürə bilər və bu cür mülahizələrin "Vaşinqtonda səhv başa düşülməməsini" təmin edə bilər: