AZ

Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub - FOTOLAR

AzVision.az xəbər verir ki, turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi“Gigant Slalom” növü üzrəyarışıblar.



Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1 ci, Arif Aşurbəyov 2 ci,Ferid Eliyevisə 3-cü yerə sahib olublar.



23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb.2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensovabölüşüblər.Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.



Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci,Turan Tağizade 2-ci, kişilərarasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəsad Sultan 3-cü yerdə qərarlaşıb.



57+ kişilərin yaş kateqoriyasında
Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci, Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışınsonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.











AzVision.az

Seçilən
25
12
azvision.az

10Mənbələr