Bakı. Trend:
İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonununPasirlanqu kəndində yanvarın 24-də baş verən torpaq sürüşməsinəticəsində ölənlərin sayı 70-ə çatıb.
Trend-inməlumatına görə, Qərbi Yava əyalətində baş verən sürüşmədən sonraaxtarış əməliyyatları davam etdirilir. İtkin düşənlərinaxtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusitəlim keçmiş itlər cəlb olunub.
Bandunq Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Ade Dian Permanabildirib ki, fəlakətdən ümumilikdə 158 nəfər zərər çəkib, 78 nəfərxilas edilib və ölənlərin sayı 70-ə çatıb.
Permana itkin düşmüş 10 nəfərin hələ də dağıntılar altındaqaldığına inanıldığını bildirib və əlavə edib ki, gələcək sürüşməriskinə qarşı tədbirlər görülüb.