AZ

Xamenei: ABŞ-nin İrana zərbəsi regional müharibəyə səbəb ola bilər...

İranın ali dini lideri Vaşinqtona ən sərt xəbərdarlığını edərək mümkün hücumun genişmiqyaslı qarşıdurma yaradacağını bildirib...

İranın ali dini lideri ayətolla Əli Xamenei ABŞ-nin İrana hərbi zərbə endirməsinin regionda genişmiqyaslı müharibəni alovlandıra biləcəyini bəyan edib. B

Poliqon xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Xamenei bildirib ki, əgər ABŞ “müharibəyə başlasa, bu dəfə regional müharibə olacaq”. Onun sözlərinə görə, İran heç bir ölkəyə qarşı hücum təşəbbüskarı deyil və aqressiya niyyəti daşımır, lakin özünə qarşı istənilən təhdidə sərt cavab verəcək. “Biz müharibə başlatmırıq və heç bir ölkəyə hücum etməyə çalışmırıq. Amma İran xalqı ona hücum edənə və ya onu təqib edənə sarsıdıcı zərbə vuracaq”, deyə ali dini lider vurğulayıb.

AFP qeyd edir ki, 86 yaşlı ayətolla Xameneinin bu açıqlamaları indiyədək ABŞ ünvanına səsləndirdiyi ən açıq və birbaşa təhdid kimi qiymətləndirilir. Agentliyin şərhinə görə, bu bəyanat regionda onsuz da gərgin olan təhlükəsizlik vəziyyətinin daha da kəskinləşə biləcəyinə dair ciddi siqnaldır.

Müşahidəçilər bildirirlər ki, Xameneinin bu mövqeyi İranın mümkün ABŞ hərbi addımlarına qarşı yalnız lokal deyil, daha geniş regional cavab variantlarını nəzərdən keçirdiyini göstərir. Bu isə Yaxın Şərqdə onsuz da mürəkkəb olan geosiyasi balansın pozulması riskini artırır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr