AZ

Mask Starlink-in Rusiyada istifadəsindən danışdı: Görünür, işə yaradı...

SpaceX rəhbəri Rusiyanın peyk internet şəbəkəsindən icazəsiz istifadəsinin qarşısını almaq üçün atılan addımların nəticə verdiyini bildirib...

Poliqon xəbər verir ki, SpaceX şirkətinin rəhbəri İlon Mask Rusiyanın Starlink peyk internet şəbəkəsindən icazəsiz istifadəsinə qarşı görülən tədbirlərin effekt verdiyini açıqlayıb. O, bu barədə X platformasında paylaşım edib.

“Rusiyanın Starlink-dən icazəsiz istifadəsinin qarşısını almaq üçün atdığımız addımların işə yaradığı görünür”, – deyə Mask yazıb.

Bundan əvvəl Ukrayna tərəfi ABŞ-nin kosmik şirkəti SpaceX ilə sıx əməkdaşlıq etdiyini və Rusiyanın Starlink-dən pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadəsinin qarşısını almağa çalışdıqlarını bildirmişdi.

N-tv-nin məlumatına görə, son dövrlərdə Starlink sistemi ilə təchiz olunmuş Rusiya dronlarının sayında artım müşahidə olunur. Ukrayna mənbələri qeyd edir ki, bu texnologiya pilotsuz aparatların əl ilə idarə olunmasına imkan verir və onları radioelektron maneələrə qarşı daha davamlı edir.

Bu vəziyyətlə bağlı Ukrayna rəsmi olaraq SpaceX-ə müraciət edib. Ölkənin rəqəmsal transformasiya və müdafiə sahəsində əsas fiqurlarından biri olan müdafiə naziri Mixail Fedorov bu gün açıqlamasında bildirib ki, “ilk addımlar real nəticələr verməyə başlayıb”.

Ukrayna tərəfi hesab edir ki, Starlink üzərində nəzarətin gücləndirilməsi döyüş meydanında texnoloji üstünlüyün balansına ciddi təsir göstərə və Rusiyanın pilotsuz sistemlərdən istifadəsini xeyli məhdudlaşdıra bilər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr