GÖYGÖL, 1 fevral. TELEQRAF
Göygöl rayonunda kəsici-deşici alətlə xəsarətyetirmə hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki yataqxanaların birində qeydə alınıb.
Rayonun Topalhəsənli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Həsənov bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.