AZ

Göygöl sakini kəsici-deşici alətlə yaralandı: Vəziyyəti orta-ağırdır

GÖYGÖL, 1 fevral. TELEQRAF

Göygöl rayonunda kəsici-deşici alətlə xəsarətyetirmə hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki yataqxanaların birində qeydə alınıb.

Rayonun Topalhəsənli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Həsənov bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
13
3
teleqraf.com

4Mənbələr