AZ

Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq

ABŞ Prezidenti Donald Tramp Hindistanın bundan sonra İran əvəzinə Venesueladan neft satın alacağını açıqlayıb. Onun sözlərinə görə, bu istiqamətdə artıq "razılaşma konsepti" formalaşdırılıb.

Far.Az xəbər verir ki, Tramp Venesuela nefti ilə bağlı Çinin də bu prosesə qoşula biləcəyini, Pekin üçün qapının açıq olduğunu bildirib.

ABŞ lideri Kuba ilə danışıqlara başladıqlarını da qeyd edib. O, Meksika Prezidenti Klaudia Şeynbaumun Kubaya qarşı tətbiq olunan embarqonun humanitar böhrana səbəb ola biləcəyi barədə xəbərdarlığına münasibət bildirərək, Kubanın ABŞ-la razılaşmaya gələcəyini və bunun ölkənin "yenidən azad olmasına" yol açacağını deyib.

İran məsələsinə toxunan Tramp isə bildirib ki, bölgədə güclü hərbi qüvvələr mövcuddur və Tehranla danışıqlar davam edir. O, İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu vurğulayaraq, hər kəs üçün qənaətbəxş bir razılaşmanın mümkün olduğunu, lakin bunun baş tutub-tutmayacağının hələ bəlli olmadığını qeyd edib.

Seçilən
12
far.az

1Mənbələr