AZ

İrandan ABŞ-ı qəzəbləndirəcək addım - Amerikalı əsgərlər üçün minlərlə qəbir qazdılar…



İranın paytaxtı Tehranda iki ölkə arasında mümkün müharibədə ölə biləcək ABŞ əsgərlərinin dəfni üçün hazırlıqların aparıldığı iddia edilir.

İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin Behişti Zəhra Qəbiristanlığı İdarəsinə istinadən verdiyi məlumata görə, Tehranda ABŞ əsgərlərinin müvəqqəti dəfni üçün minlərlə qəbir hazırlanıb.

Bildirilir ki, bu məzarlıqlar ABŞ-ın İrana mümkün hücumuna qarşı görülən qabaqlayıcı tədbirlərin bir hissəsi hesab olunur. Tehranda təxminən 5 min qəbirin qazıldığı bildirilir.

İran hakimiyyət orqanlarından məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

TAHİR

Seçilən
42
baki-xeber.com

1Mənbələr