Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib
"Report"un məlumatına görə, günün ilk matçında "Gəncə" "Şəki"ni qəbul edib.
A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 95:80.
Günün ikinci görüşündə "Neftçi" NTD ilə üz-üzə gələcək.
Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.