
Ötən il Azərbaycana 2 milyon 570 min 212 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 1 milyon 804,7 min nəfəri Azərbaycana turizm məqsədilə səfər edib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycana gələnlərin 22,9%-i və ya 588,6 min nəfəri quru yolla ölkəyə daxil olub.
Müqayisə üçün bildirək ki, əvvəlki ilə nisbətən ölkəyə quru yolla daxil olan əcnəbilərin sayı 3% və ya 18,2 min nəfər azalıb.
Elnur Əli