AZ

“Fənərbağça” istəyirdi, “Atletiko” aldı

“Atletiko” klubu qış transfer pəncərəsində “Atalanta”nın hücumçusu Ademola Lukmanın transferi ilə bağlı yekun razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniya təmsilçisi nigeriyalı futbolçunun keçidi üçün 35 milyon avro sabit məbləğ və əlavə bonuslar şəklində 5 milyon avro ödəyəcək.

“Atletiko” artıq 28 yaşlı futbolçu üçün tibbi müayinələrin planlaşdırılmasına başlayıb. Lukman baş məşqçi Dieqo Simeone ilə birbaşa danışıqlardan sonra bu keçidə razılıq verib.

Seçilən
21
publika.az

1Mənbələr