AZ

"Liverpul" da mübarizəyə qoşuldu

“Liverpul” “Renn” klubunun mərkəz müdafiəçisi Ceremi Cakeni transfer etmək uğrunda mübarizəyə qoşulub.

 90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. 20 yaşlı futbolçu ilə “Çelsi” də ciddi maraqlanır. Fransa təmsilçisi isə oyunçunu klub tarixinin rekord məbləği qarşılığında satmağı planlaşdırır.

Daha əvvəl  “Çelsi”nin Cereminin şəxsi müqavilə şərtlərini razılaşdırdığını bildirmişdi. “Renn” fransalı müdafiəçi üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, Ceremi Cake “qırmızı-qaralar”ın yetirməsidir. O, cari mövsümdə Fransa çempionatında 18 oyunda iştirak edib və bütün qarşılaşmalara start heyətində çıxıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 20 milyon avro təşkil edir.

Seçilən
9
90deqiqe.az

1Mənbələr