AZ

“Liverpul” Niderland millisinin müdafiəçisinin transferi üçün danışıqlar aparır

“Liverpul” Niderland millisinin sağ cinah müdafiəçisi Lyutsharel Qertreyda ilə bağlı danışıqlara başlayıb. İngiltərə klubu 25 yaşlı futbolçunun mümkün transferini müzakirə edir.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mersisayd təmsilçisinin futbolçuya marağı komandanın baş məşqçisi Arne Slotla bağlıdır.

Niderlandlı mütəxəssis Qertreydanı “Feyenord”da birgə çalışdıqları dövrdən yaxşı tanıyır.

Hazırda müdafiəçi Almaniyanın “Leypsiq” klubuna məxsusdur və cari mövsümü icarə əsasında “Sanderlend”də keçirir.

Bu mövsüm Qertreyda bütün turnirlər üzrə 18 matçda iştirak etsə də, məhsuldar göstərici ilə yadda qalmayıb. Onun “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur (40 milyon AZN).

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr