Narkotik əməliyyatı- Tanınmış şəxs HƏBS EDİLDİ
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və aralarında tanınmış şəxslərin də olduğu “narkotik” istintaqı çərçivəsində sosial media fenomeni Mika Raun Can, “xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir” həmçinin “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və ya istifadə etmə” ittihamları ilə saxlanılıb. Polisdəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılan Mika Raun Can, “narkotik maddə istifadəsini asanlaşdırma” cinayətinə görə həbs olunub. 