AZ

Avropa mediasında yeni təhlükəsizlik müzakirələri: “Avrasiya müqaviləsi” ideyası gündəmdədir

Azertag saytına istinadən ain.az xəbər verir.

Brüssel, 1 fevral, AZƏRTAC

Son həftələr Avropanın aparıcı media orqanlarında, həmçinin televiziya debatlarında Avropanın təhlükəsizliyinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Avropalı ekspertlər NATO-nun rolunun zəiflədiyini, ABŞ-ın diqqətini getdikcə Sakit okean regionuna və Çinlə rəqabətə yönəltdiyini vurğulayırlar. Bu fonda bir çox şərhçi Avropa ilə Rusiya arasında yeni, daha inklüziv təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyindən danışır.

Xüsusilə “Avrasiya müqaviləsi” ideyası Avropa mediasında tez-tez səslənməyə başlayıb. Mütəxəssislər hesab edirlər ki, Ukraynadakı müharibədən sonra NATO-dan kənar, lakin dialoqa əsaslanan pan-Avropa təhlükəsizlik çərçivəsi gərginliyi azalda bilər. Avropa ictimaiyyətində silahlanmaya deyil, iqtisadi sabitliyə və enerji təhlükəsizliyinə fokuslanmaq çağırışları güclənir.

Avropalı analitiklərin fikrincə, Rusiya ilə münasibətlərin normallaşdırılması və Ukraynanın Avropa ailəsinə inteqrasiyası uzunmüddətli sülh üçün əsas şərt ola bilər. Bu mövzuda debatların Avropa efirlərində artması yeni siyasi baxışların formalaşdığını göstərir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
azertag.az

4Mənbələr