AZ

Niyə xərçəngdən sağalanların Alzheimerə tutulma ehtimalı daha azdır?


Siçanlar üzərində aparılmış yeni tədqiqat xərçənglə Alzheimer xəstəliyi arasında təəccüblü bir əlaqəyə işıq sala bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cell” jurnalında məqalə dərc olunub.
“Həkimlərin uzunmüddətli müşahidələri nəticəsində məlum olub ki, xərçəng xəstəliyindən sağalmış insanlar Alzheimer xəstəliyindən daha az əziyyət çəkirlər, halbuki demensiya diaqnozu olan pasiyentlərdə şişlərə daha tez-tez rast gəlinir. İndiyədək bu halın dəqiq bioloji səbəbi məlum deyildi.
Siçanlar üzərində aparılan təcrübələr zamanı bu əlaqəni izah edə biləcək mümkün mexanizm aşkar edilib. Alzheimer xəstəliyi beyində amiloid-beta adlı zəhərli zülal yığıntılarının toplanması ilə əlaqəlidir. Bu yığıntılar neyronlar arasındakı əlaqələri pozur, iltihaba səbəb olur və tədricən yaddaşın və koqnitiv funksiyaların zəifləməsinə gətirib çıxarır.
Siçanlara insanın ağciyər, prostat və ya yoğun bağırsaq mənşəli şişləri yeridildikdə, onların beynində amiloid yığıntılarının tipik şəkildə toplanması dayanıb. Bəzi təcrübələrdə isə şişi olan siçanların yaddaşı, hətta şişi olmayan nəzarət qrupundakı siçanlarla müqayisədə yaxşılaşıb”, - məqalədə deyilir.
Tədqiqatçılar müəyyən ediblər ki, səbəb şişlər tərəfindən istehsal olunan və qana ifraz edilən sistatin-C adlı zülal ola bilər:
“Beyində bu zülal beta-amiloidin kiçik yığıntılarına bağlanır və onları beynin “təmizləyici” funksiyasını yerinə yetirən immun hüceyrələri — mikroqliya tərəfindən məhv edilməsi üçün “işarələyir”. Şişi olan siçanlarda sistatin-C mikroqliyanın Trem2 reseptorunu aktivləşdirib, onları daha fəal vəziyyətə gətirib ki, bu da yığıntıların daha effektiv şəkildə uzaqlaşdırılmasına səbəb olub”.
Seçilən
11
1
yeniavaz.com

2Mənbələr