AZ

Lənkəranda BƏƏ vətəndaşı vəfat etdi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan şəxs dünyasını dəyişib.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser yaşadığı ünvanda ölü halda aşkar edilib.

Onun meyiti daxili və xarici müayinə aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

İlkin məlumata əsasən, mərhumun yuxusuzluqdan əziyyət çəkdiyi və bu səbəbdən dərman preparatları qəbul etdiyi bildirilir. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
9
unikal.az

10Mənbələr