BAKI, 1 fevral. TELEQRAF
"Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlarfevralın 4-ü və 5-də Əbu-Dabidə keçiriləcək".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Zelenski bildirib ki, danışıqlar üzrə nümayəndə heyətinin məruzəsini qəbul edib. Onun sözlərinə görə, növbəti üçtərəfli görüşlərin tarixləri artıq dəqiqləşib:
"Görüşlər fevralın 4-ü və 5-də Əbu-Dabidə baş tutacaq. Ukrayna məzmunlu və konkret danışıqlara hazırdır".
Prezident rəsmi Kiyevin bu prosesdən real nəticə gözlədiyini vurğulayıb: "Biz maraqlıyıq ki, nəticə bizi müharibənin real və layiqli şəkildə başa çatmasına yaxınlaşdırsın".