ain.az bildirir, GlobalInfo portalına istinadən.
“Əgər Ermənistan-Türkiyə sərhədi açılarsa, ölkəyə əsasən Türkiyədən ucuz məhsullar daxil olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan deyib.
Onun sözlərinə görə, sərhəd açıldıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyanla yaxın oliqarxlar Türkiyədən ucuz məhsullar idxal edərək daha çox gəlir əldə edəcəklər.
Sarkisyan əlavə edib ki, Ermənistanın böyük vergi ödəyiciləri arasında sənaye nəhəngləri yoxdur və ölkədə yüksək texnologiyalı sənaye inkişaf etməyib.
“Dünyada texnologiya və bilik əsaslı iqtisadiyyatlarda kəskin rəqabət gedərkən, Ermənistanı idarə edənlər, yetərsiz təcrübəyə malikdir. Onlar səmərəli işləmək əvəzinə diqqəti yayındıran şoularla məşğuldur”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.