AZ

Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər Video

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynada döyüşən rus hərbçilərindən biri yemək üçün bayquş ovlayıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb.

“Bayquş” tutmuşam. Bu gün şam yeməyi olacaq. Maraqlıdır, dadı necədir? Fikrimcə, toyuq ətindən pis deyil”, - rus hərbçi bildirib.

Qeyd edək ki, bayquş leşyeyən və ya zərərli quş qrupuna daxil edildiyi üçün yeyilməsi sağlamlıq baxımından da məqsədəuyğun hesab edilmir.

İstər Qərb analitikləri, istərsə də Kremlə yaxın rusiyalı hərbi müxbirlər cəbhə xəttində rus hərbçilərinin ərzaq təminatının pis vəziyyətdə olduğunu, əsgərlərin yetirincə qidalanmadıqlarını bildirirlər. Hətta Ukrayna tərəfinə əsir düşən rusiyalı hərbçilər də yemək azlığından əziyyət çəkdiklərini dəfələrlə etiraf ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
axar.az

2Mənbələr